"Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumatı: “Son bir həftə ərzində Azərbaycanda yoluxma hallarının sayındakı artım 48 faiz təşkil edib. Ölkəmizdəki epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır. Yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər”. Cəmiyyətdə quru sərhədlərin nədən açılmadığı ilə bağlı ciddi narazılıq, suallar yaranan kimi, bunlar çıxıb, güya, səbəbini belə izah etməyə çalışırlar".
Bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bu qurumlar insanları axmaq yerinə qoyurlar: "Yoluxma halı 48% artıb nə deməkdir? Məgər yoluxma halı pambıq yığımıdır ki, belə hesablayırsınız?! İlkin rəqəmlərlə ölçülmür bu zəhrimar?! Nə deməkdir ki, 48% artım?! 10 nəfər idisə bu 14-15 nəfər olur da, bunu faizlə niyə ölçəsən ki?! 100 nəfər idisə, 148 nəfər olur, yoluxma halı belə hesablanmalıdır, daha faiz nədir?! Güya, öz aləmlərində 48% böyük görünür deyə mütləq rəqəmlərlə yazmırlar. Zatən sizin nə statistikanıza, nə rəqəmlərinizə inanan yoxdur, dünyada da artıq bu işin başını buraxıblar. Çünki çox axmaq qapanma, vaksin siyasəti yeritdikləri tam üzə çıxıb, indi üstünü vurmamaq üçün əldə qalan vaksinləri satmağa çalışaraq bəzən "mainstream media"-da səs-küy salırlar, amma camaat dünyada o qədər bezib ki, bu boş söhbətdən, heç bir hökumətin, “sərtləşməyə gedə bilərik”, açıqlaması olmayıb, bizimkilər burda da qabağa düşmək istəyirlər, elə bilirlər ki, hər şeydə qabağa düşmək lazımdır".
Ləman,
SİTAT.İNFO