Bakıda polis əməkdaşı sükan arxasında huşunu itirən sürücünün həyatını xilas edib.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, hərəkətdə olan avtomobildə sükan arxasındakı sürücü bilinməyən səbəbdən huşunu itirir.
Bu zaman hadisə yerində olan Post Patrul Xidmətinin əməkdaşları dərhal qaçaraq avtomobili saxlayır və yarana biləcək böyük təhlükənin qarşısını alırlar.
Videonu təqdim edirik: