Özünü yandıran qazi VƏFAT ETDİ

12:56 12 İyul 2022

İyulun 10-da Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edən Qarabağ qazisi Elvin Cəfərov ötən gecə vəfat edib.
SİTAT.İNFO xəbər verir ki, 35 yaşlı qazi intihara cəhddən sonra ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.
Sabirabad rayonu Qalaqayın kənd sakini Elvin Cəfəov 3-cü qrup Vətən müharibəsi əlili idi, o döyüşlərdə kontuziya almışdı. Elvin Cəfərovun 2 azyaşlı oğlu var.
Elvin Cəfərov müharibədə “Mauqli” ləqəbi ilə tanınıb. Bildirilir ki, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün onu test ediblər.  Aldığı tapşırıq ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək olub. Ağacların başından xeyli kamera yığıb. Beləliklə, adı “Mauqli” qalıb. 



Xəbər xətti