Türkiyənin Muğla vilayətinin Datça bölgəsində iyulun 13-ü başlayan meşə yanğını davam edir.
“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, yanğın nəticəsində 19 nəfər xəsarət alıb.
Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, hazırda 9 nəfərin müalicəsi davam etdirilir.
Yanğının söndürülməsinə isə 1466 personal, 17 helikopter, 10 təyyarə və digər texnikalar cəlb olunub.