DİN-dən başçı müavininin şagirdi döyməsi ilə bağlı açıqlama

13:20 15 İyul 2022

Xəbər verdiyimiz kimi, Lənkəran rayon İH başçısının müavini Rəsilə Əliyevanın öz bacısı qızını 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova ilə birləşərək döydüyü iddia edilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Sitat.info-nun sorğusuna cavab olaraq deyib ki, hazırda bununla bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır:

“Artıq müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.



Xəbər xətti