Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vətən Müharibəsi qazisi, rayonda hamınım vətənpərvər insan kimi tanıdığı Tariyel Didarova rayon İH-də yeni vəzifə verib.
Sitat.info Bizim.Media-ya istinadən xəbər verir ki, E.Rzayevin əmri ilə T.Didarov İcra Hakimiyyəti aparatının ictimai-siyasi məsələlər və humanitar şöbəsinin baş məsləhətçisi təyin edilib.
Ötən ilin sentyabr ayında müsahibimiz olan qazi mayor T.Didarov ona göstərilən etimadı doğruldacağına söz verib. O, Vətən Müharibəsində uğurlu xidmətdən sonra rayonun Əhmədoba kənd məktəbində hərbi rəhbər işləyib.
Vətən Müharibəsindəki döyüş xidmətlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 4 döyüş medalı ilə təltif edilən T.Didarov bədənində qəlpələr olsa belə, hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu bəyan edib.