“Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

10:57 5 Avqust 2022

"Sputnik-Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər.

4 redaktor bu barədə sosial şəbəkədə məlumat yayıb.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva facebook paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa verəmək məcburiyyətində qaldıqlarını yazıblar.\\Qaynarinfo 



Xəbər xətti