Laçında həlak olan əsgərimizə şəhid statusu veriləcək

14:45 5 Avqust 2022

Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək.

Sitat.info xəbər verir ki, qanunvericiliyə əsasən, Samir Xudiyev şəhid statusu alacaq.

Qeyd edək ki, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Müxtəlif bədən xəsarətləri alan əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.



Xəbər xətti