Deputat Tahir Kərimlinin hədələnməsi ilə bağlı videoçıxışı gündəmin əsas mövzusuna çevrilib.
Ötən gün sosial şəbəkədə yayılan videoçıxışından sonra deputat telefon nömrələrini bağlayıb, onun harada olması bilinmir.
Artıq məsələyə Daxili İşlər Nazirliyi reaksiya verib. Qurumun mətbuat xidmətindən deputat Tahir Kərimlinin hər hansı bir şikayətinin daxil olmadığını bildiriblər.
Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinə də informasiya sorğusu vermişik. Deputatın məlum videoçıxış ilə bağlı yaranan suallara aydınlıq gətirilməsini xahiş etmişik.
Baş Prokurorluğa ünvanladığımız suallar bunlardır:
1. Deputatın özünəməxsus şəkildə hədələndiyini ictimailəşdirdiyi videoçıxışı ilə bağlı Baş Prokurorluq hər hansı bir araşdrıma başlayıbmı?
2. Araşdırma başlanıbsa, ilkin olaraq gəlinən qənaət nədir: deputat hədələnibmi?
3. Deputat Tahir Kərrimlini hədələyənlərin kimliyi müəyyən edilibmi?
4. Özünün şikayət etdiyi konkret şəxs varmı?
5. Varsa, həmin şəxsin kimliyi barədə məlumatı bölüşün.
Baş Prokurorluqdan veriləcək cavabı da təqdim edəcəyik . (Musavat.com)