Tır sürücülərinin etiraz etdiyi şöbə müdiri vəzifəsini itirdi

13:16 17 Fevral 2022

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.

Qaynarinfo xəbər verir ki, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb.

Rəşad Nəbiyev baş verən hadisəyə görə xidmət rəisi Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.



Xəbər xətti