Bu gün Donbas yaraqlılarının Stanitsı Luqanskı atəşə tutması zamanı mərmilər uşaqların olduğu uşaq bağçasına düşüb. Müəssisənin iki tərbiyəçisi kontuziya alıb.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə 062.ua məlumat yayıb.
“Bu gün, fevralın 17-də saat 09:04-də birbaşa mərminin düşməsi nəticəsində uşaq bağçasının binası zədələnib. Atışma zamanı uşaq bağçasında uşaqlar olub. İlkin məlumata görə, iki qadın kontuziya alıb. Hadisə yerinə Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları gediblər”, - məlumatda deyilir.
Yerli sakinlər qeyd edirlər ki, atışmaların coğrafiyası böyüyür və vəziyyət pisləşməkdə davam edir.