Qusarda faciə- Bir ailənin bütün üzvləri evlərində ölü tapıldı

16:40 17 Fevral 2022

Qusar rayonunda 5 nəfər dəm qazından boğulub.

APA-nın şimal bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində 2 mərtəbəli yaşayış binasında qeydə alınıb. Oradakı evlərdən birində beş nəfərin meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, onlar dəm qazından boğularaq ölüb. Ölənlərin bir ailənin üzvləri olduğu bildirilir.



Xəbər xətti