Bir gündə 8 itki: Qusardakı ailənin yasına gedən bacının ailəsi də qəzaya düşdü

00:52 18 Fevral 2022

Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ələkbərova Fidan bu gün dəm qazından 5 üzvü ölən ailənin yas mərasiminə gedirmiş. Həmin ailənin xanımı Əminə Fidanın bacısı imiş.

 



Xəbər xətti