Dünya liderlərinin ən böyük qorxusu: Özləri ilə şəxsi tualet gəzdirirlər! ŞOK SƏBƏB

01:08 18 Fevral 2022

Fransa prezidenti Emmanuel Makronun Rusiyaya səfəri zamanı prezident Vladimir Putinlə dörd metr uzunluğunda masa arxasında görüşdüyü anların görüntüləri bütün dünyada diqqət çəkib. Bir çox insanlar prezidentlərin arasında niyə belə bir məsafə var deyə sual verdi. Bəziləri bunu Putinin münasibəti kimi şərh etdi. Ancaq burada əsas məsələ Rusiyada Makronun DNT-sinin əldə edilməməsinə nail olmaq idi. Bu səbəbdən Makronun PCR test verməsi tələbi rədd edildi. Putinin araya belə bir  məsafə qoymasının səbəbi də bu idi.  

SİTAT,İNFO dünya mətbuatından maraqlı araşdırmanı təqdim edir. 

Qeyd edək ki, Makrondan bir həftə sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedən Almaniya kansleri Olaf Şolz da Rusiyanın  PCR testindən imtina edib.
Əvəzində test Almaniyanın Moskvadakı səfirliyində bir alman olan həkimin müşayiəti ilə aparılıb. Zaman-zaman böyük ölkələrin liderləri xaricə səfərləri zamanı sağlamlıqları ilə  bağlı məlumatların ələ keçməsinin qarşısını almaq üçün belə tədbirlər görürlər. 


Məsələn, ABŞ prezidenti Corc Buş 2004-cü ildə Türkiyəyə səfəri zamanı özü ilə daşınan tualet gətirmişdi və ancaq prezident bu tualetdən istifadə edə bilərdi. Əks halda onun nəcis və sidiyi götürülə bilərdi. Təhlükə odur ki,  bu nəcisdən ABŞ prezidentinin genetik xüsusiyyətlərini müəyyən etmək, ona qarşı bəzi fərdi dərmanlar, zəhərlər istehsal etmək və ya hansı maddələrə qarşı həssas olduğunu aşkar etmək üçün mümkündür. 
 


ABŞ rəsmiləri yanılmır. Bununla bağlı ən böyük nümunələrdən biri də onların yaxın müttəfiqləri olan İsrail tərəfindən həyata keçirilib. "The Sunday Times" qəzetində çıxan xəbərə görə, 1998-ci ildə İsrail gizli xidməti Mossad, Fransada yaşayan yəhudi həkim vasitəsilə müalicə üçün Fransaya gələn dövrün Suriya lideri Hafiz Əsədin səhhəti ilə bağlı xəbər alıb. Bu xəbərə görə, Əsədin səhhəti yaxşı görünmürmüş. Yerinə oğlu Bəşər Əsədi hazırladığı iddia edilən Hafiz Əsədin sağlamlıq vəziyyəti ilə bağlı daha dəqiq məlumat almaq istəyən Mossad, sidik nümunəsini ələ keçirmək üçün hərəkətə keçib.
Beləliklə, Əsədin hansı xəstəliklərinin olduğu, hansı dərmanlardan istifadə etdiyi, orta hesabla nə qədər yaşamalı olduğu hesablanacaqdı. İsrail agentləri 7 fevral 1999-cu ildə İordaniya Kralı Hüseynin ölümündən sonra Əmmanda keçirilən dəfn mərasimində axtardıqları fürsəti əldə etdilər. Bu mərasimdə iştirak edənlərdən biri də Hafiz Əsəd idi. Mossad agentləri əməkdaşlıq etdikləri İordaniya mühafizəçiləri vasitəsilə mərasim zamanı Əsədi şəxsi tualetə aparıblar. Vəziyyətdən xəbərsiz Əsədin sidiyi kanalizasiyaya deyil, tualetin altındakı xüsusi qurğuya axaraq müayinə üçün Tel-Əvivdəki  Tibbi Araşdırma Mərkəzinə bankaya göndərilib.

Bu mənada DNT qorxusu yeni deyil. Hətta bundan qorunmaq üçün şəxsi daşınan tualet gəzdirənlər  də var.


Xüsusilə güclü ölkələrin liderləri sağlamlıq məlumatlarının qarşı tərəfin əlinə keçməməsi üçün, DNT-lərini qorumaq üçün tədbirlər görürlər. Təkcə Buş deyil, həm də digər ABŞ prezidentləri getdiyi yerlərə portativ tualet aparırlar.



Xəbər xətti