Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.
APA-nın Mil-Mğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford” markalı 99 JT 145 dövlət nömrə nişanlı mikroavtomobil “KamAZ” markalı 42 BT 295 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 5 nəfər xəsarət alıb. Onlardan 2-si kişi, 3-ü qadındır. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdirilib. Hadisə yerinə FHN-in Salyan rayon yanğından mühafizə xidmətinin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalmış sərnişini xüssi avadanlığın köməyi ilə avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.