4000 bahalı maşın dənizin ortasında yandı: “Porshe”, “Bentley”... FOTO

12:54 18 Fevral 2022

Fevralın 10-da Almaniyanın Emden şəhərindən yola düşən və çərşənbə günü ABŞ-ın Davisville şəhərinə çatmalı olan gəminin yük anbarında yanğın baş verib. 

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, Azor adalarında 1100 Porsche daxil olmaqla minlərlə avtomobili daşıdığı güman edilən nəhəng yük gəmisi alovlanıb. Gəmidən 22 ekipaj xilas edildikdən sonra gəmi Azor adalarına doğru sürüklənib. 

“New York Times” qəzetində çıxan xəbərə görə, fevralın 10-da Almaniyanın Emden şəhərindən yola düşən və çərşənbə günü ABŞ-ın Davisville şəhərinə çatmalı olan “Felicity Ace” gəmisinin yük anbarında yanğın baş verib.

Portuqaliya limanında ekipajı evakuasiya etmək üçün əməliyyat başlayıb, bu zaman gəmi Azor adalarından birinin yaxınlığında, Portuqaliyaya təxminən 321 km aralıda idi.  Xilasedicilər son dərəcə çətin bir  əməliyyat keçirərək,  heç bir ekipaj üzvünün xəsarət almamasına nail olublar.  


Yanğında 60 min tonluq yük gəmisinin inventarının nə qədərinin itdiyi məlum deyil. Bir avtomobil şirkəti  bildirib ki, gəmidə 189 Bentley də daxil olmaqla, təxminən 4000 avtomobilin olduğunu təxmin etdiyini söylədi.



Xəbər xətti