DİN Manaf Ağayevin keçdiyi nəzarət-keçid məntəqələrində yoxlamaya başladı. Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməsi ilə bağlı azad edilmiş ərazilərdəki nəzarət keçid məntəqələrində xidməti yoxlama başlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, Manaf Ağayevin azad olunan əraziyə icazəsiz keçməsi ilə bağlı müğənninin daxil olduğu ərazilərdəki nəzarət postlarında xidməti yoxlama aparılır. Xidməti yoxlamaların nəticəsindən aslı olaraq qərar qəbul ediləcək”.