Ukraynanın hərbi-siyasi rəhbərliyi Donbassda hücum əməliyyatları planlaşdırmır. Bunu cümə günü Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.
"Ukraynanın hərbi-siyasi rəhbərliyi ölkənin şərqində hücum əməliyyatlarını planlaşdırmır. Əraziləri işğaldan azad etmək üçün bizim üçün yeganə məqbul variant siyasi-diplomatikdir", - o, Facebook-da videomüraciətində bildirib. (virtualaz.org)