Beyləqanda baş verən yol qəzasında xəsarət alanlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.P
Apa-nın yerli bürosu xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin sürücüsü Hüseynov Hüseynbala Əsgər oğlu və icra başçısının müavini Yeganə Məmmədovanın sürücüsü və qardaşı Məmmədov Yaqub Kərəm oğlu Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.
Onların, əsasən, sınıq xəsarətləri aldığı deyilir.
Hadisə şahidləri isə bildirib ki, hər iki sürücü qəza zamanı sərxoş halda olub, avtomobilləri şəhərin mərkəzi küçələrində yüksək sürətlə idarə edirmişlər.