ABŞ-da helikopter çimərlik yaxınlığında qəzaya uğrayıb, yaralılar var

01:22 20 Fevral 2022

ABŞ-ın Florida ştatının Mayami-Biç şəhərində helikopter çimərlik yaxınlığında qəzaya uğrayıb.
SITAT.INFO xəbər verir ki, bu barədə yerli polis tviterdəki səhifəsində bildirib.
Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis bildirib ki, yaralıların həyatı üçün təhlükə yoxdur. Hüquq-mühafizə orqanlarının yaydığı qəza videosunda həmin an çimərlikdə çoxlu insanın olduğu görünür.
Hadisə yerinin fövqəladə hallar xidmətinin işi üçün bağlı olduğu bildirilir./report



Xəbər xətti