G7 ölkələrinin (“Böyük yeddilik”) xarici işlər nazirləri Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı “Böyük yeddiliy”in toplantısında iştiraka dəvət ediblər.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Münhen Təhlükəsizlik Konfransında danışıqların yekunlarına dair bildirib.
"Biz ona dedik ki, Ukrayna üçün ağır iqtisadi və maliyyə böhranına çevrilən bu ağır böhran zamanı biz G7-dəki tərəfdaşlar olaraq Ukraynanın tərəfindəyik", - Berbok jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ukrayna 2014-cü ildən bu günə kimi G7 və digər beynəlxalq institutlardan ümumilikdə 48 milyard ABŞ dollarından çox vəsait əldə edib./report