Gürcüstanda daha 9 400 nəfər COVID-19-a yoluxub

11:30 20 Fevral 2022

Gürcüstanda ötən sutka ərzində daha 9 400 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 34 nəfər vəfat edib.

SITAT.INFO xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 548 893-ə, ölənlərin sayı isə 15 856-ya yüksəlib.

Son bir gündə 18 770, ümumilikdə isə 1 388 534 nəfər müalicə olunaraq sağalıb./report



Xəbər xətti