Türkiyə parlamentinin sədri Gürcüstana rəsmi səfər edəcək

11:06 20 Fevral 2022

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop sabah Gürcüstana rəsmi səfər edəcək.

SITA.INFO xəbər verir ki, spiker səfər zamanı gürcü həmkarı Şalva Papuaşvili ilə görüşəcək.

M.Şentopun Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili ilə də görüşləri planlaşdırılıb.

Görüşlərdə əsas diqqət iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin dərinləşdirilməsi, həm regionda, həm də qlobal miqyasda əsas çağırışlara yönəldiləcək.



Xəbər xətti