Minlərlə qadın zorla qısırlaşdırılıb SKANDAL!

12:00 20 Fevral 2022

Kanadada ortaya çıxan iddia bütün ölkəni ayağa qaldırıb.

SITAT.INFO xəbər verir ki, yayılan məlumatlara görə, ölkədə doğuş üçün xəstəxanaya gedən minlərlə yerli qadın əməliyyat zamanı öz istəkləri olmadan qısırlaşdırılıb.

O da məlum olub ki, ölkəni şoka salan qalmaqallı olayın tarixi 1928-ci ilə qədər gedib çıxır. Belə ki, həmin illərdə təhlükəli kişi məhbuslar qanunla qısırlaşdırılırmış və bu qanun 1973-cü ilə qədər davam edib.

Beləliklə, Kanadanın CTV kanalında yayımlanan xəbərə görə, Alberta, Saskaçevan, Manitoba və Kvebek əyalət məhkəmələrində minlərlə yerli qadının zorla qısırlaşdırılması ilə bağlı iddialar qaldırılıb.

İddialara görə xüsusən də qeysəriyyə əməliyyatlarına girən qadınlara "körpənin sağlamlığı ilə bağlı baş verə biləcək prosedurlara razılıq vermək" adı altında "uşaqlıq borusunun bağlanması" bəndi olan sənədə qol çəkilib.

Məsələ ilə bağlı Kanada hüquq mühafizə orqanları ciddi araşdırmalara başlayıb./musavat



Xəbər xətti