Emin Əmrullayevin Gürcüstana səfəri başlayıb

15:10 20 Fevral 2022

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin Gürcüstana rəsmi səfəri başlayıb.

SITAT.INFO xəbər verir ki, nazir Tbilisinin mərkəzində Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstü önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.

Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və Gürcüstanın Təhsil və Elm Nazirliyinin nümayəndəsi iştirak edib. Qurum adından büstün önünə gül çələngi qoyulub.

E.Əmrullayev daha sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkəcək, mədəniyyət ocağının fəaliyyəti və sərgilənən ekspozisiya ilə tanış olacaq./report



Xəbər xətti