"Ukraynanı işğal etmək planı həyata keçirilməyə başlayıb".
SITAT.INFO xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.
Britaniyalı nazir Rusiyanın Ukraynaya müdaxilə planının artıq reallaşmağa başladığını bildirib:
"Bütün sübutlar onu göstərir. Bizim amerikalı dostlarımız da belə düşünür və siz təxribatları görürsünüz”, - Conson qeyd edib.
"Hesab edirəm ki, bunun Rusiya üçün necə bir fəlakətə çevriləcəyini izah etmək indi hamımız üçün həyati əhəmiyyət kəsb edir", - deyən Baş nazir həm Ukrayna, həm də Rusiyayay böyük insan itkiləri ilə bağlı xəbərdarlıq edib./report