Qazaxda ana və qızı dəm qazından zəhərlənib

18:45 20 Fevral 2022

Qazax rayonunda iki nəfər dəm qazından zəhərlənib.

"SITAT.INFO" məlumatına görə, Qazax rayon sakini, 1975-ci il təvəllüdlü V.Qasımova və onun qızı 2008-ci il təvəllüdlü G.Nəsibova dəm qazından zəhərlənib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb./report



Xəbər xətti