Ağcabədidə mənzildə 60 yaşlı kişi meyiti tapılıb

21:20 20 Fevral 2022

Ağcabədidə mənzildə 60 yaşlı kişi meyiti tapılıb.

Bu barədə "SİTAT.İNFO"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağcabədi şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Babayev İnqilab Əkbər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər./report



Xəbər xətti