“Federasiya Şurası və Dövlət Duması fevralın 22-də Ukraynaya qoşun yeritmək qərarı verəcək...”

22:15 20 Fevral 2022

Rusiyalı müxalif siyasətçi Leonid Qozman bildirib ki, Federasiya Şurası və Dövlət Duması fevralın 22-də Ukraynaya qoşun yeridilməsi barədə qərar verə bilər. Onun sözlərinə görə, prezident Vladimir Putin artıq Ukraynaya yeni hərbi müdaxiləyə qərar verib və parlamentin yuxarı və aşağı palatası həmin tarixdə sürətlə məsələyə baxmağa, Putinə belə səlahiyyət verməyə hazırlaşır.

“Ukrayna 24” telekanalına açıqlamasında siyasətçi deyib ki, Federasiya Şurası və Dövlət Duması Kremldən tələb gələn kimi Putinə qoşun yeritmək səlahiyyətini verəcək. “Mən çox narahatam ki, bizim hakimiyyət hərbi əməliyyatlara qərar verib. Donetsk və Luqansk rəhbərlərinin təxribatları buna şübhə yeri qoymur”, - Qozman bildirib. Onun

“Ola bilsin daha tez başlayacaq və fevralın 22-də onu legitimləşdirəcəklər. Zərbə bundan bir gün əvvəl endirilə bilər. Mən bunu istisna etməzdim”,-o deyib.

Nüfuzlu rusiyalı jurnalist və “Exo Moskva” radiostansiyasının aparıcısı Yuliya Latınina da Moskvanın müharibə qərarı verdiyinə əmindir. “İndi baş verənlər tamamilə onun (Putinin,-red.) xarakterinə uyğundur. Hər şey çox ciddidir. Mən özümü sakitləşdirməyə çalışıram ki, bütün bunlar blefdir və hər şey çox ciddi görünməlidir, yoxsa hansı blefdən söhbət gedə bilərdi? Amma...baş verənlər Gürcüstanla müharibə ərəfəsində baş verənləri xatırladır. Gürcü kəndlərini atəşə tuturdular və deyirdilər ki, bunu gürcülər edib. Jurnalistlər guya gürcülərin atəş açdıqları osetin kəndinə gedirdilər, məlum olurdu ki, osetin kəndi salamatdır, amma qonşuluqdakı gürcü kəndi yanır”, - o bildirib.

fikrincə, hərbi əməliyyatlar əslində fevralın 22-dən də tez başlaya bilər, çünki Kreml üçün gözlənilməzlik effekti mühümdür.Y.Latınina qeyd edib ki, hazırda Donbassda Rusiyanın hibrid ordusu yaşayış məntəqələrindən Ukrayna ordusunun mövqelərini atəşə tutur, Ukrayna ordusu cavab verə bilmir, çünki mülki sakinlərin həyatını təhlükəyə atmaq istəmir. Latınina hesab edir ki, Donbassdakı indiki eskalasiyaya “ən yüksək səviyyədə” qərar verilib.



Xəbər xətti