Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi - VİDEO

10:17 21 Fevral 2022

Bakıda yaşayış binasında yanğın olub. 

Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən binasının birinci mərtəbəsindəki mənzildə yanğın olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 54 kvadratmetr olan mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb və yüksək temperaturdan dəhlizin tavanı 5 kvadratmetr sahədə qarsalanıb. 

Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. 

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 



Xəbər xətti