əbrizdə baş verən təyyarə qəzasında 3 nəfər ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, qırıcı təyyarə məktəbin divarına çırpılıb.
Qəzada iki pilot və bir nəfər mülki şəxs həlak olub.
Ehtimal olunur ki, pilot təyyarənin yaşayış məntəqəsinə düşdüyünü bildiyi üçün katapultadan istifadə etməyib və son ana qədər təyyarəni yaşayış sahəsindən kənarlaşdırmağa çalışıb.