Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.
SITAT.INFO xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.
Qeyd edilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxllıb./musavat.com