Aİ Şurası Ukraynaya 1,2 milyard avro kredit ayrılmasını təsdiqləyib

15:30 21 Fevral 2022

Avropa İttifaqı (Aİ) Şurası Ukraynada sabitliyin möhkəmlənməsi üçün bu ölkəyə kredit şəklində 1,2 milyard avro həcmində makromaliyyə yardımı təqdim edəcək.

“SITAT.INFO” Aİ Şurasının bəyanatına istinadən xəbər verir ki, ölkədə vəziyyət kəskin böhran şəkli alarsa, ölkəyə operativ yardım göstəriləcək.

“Hazırkı geosiyasi gərginlik Ukraynanın iqtisadi və maliyyə sabitliyinə mənfi təsir göstərdiyindən Aİ Ukraynaya iqtisadi yardımı sürətləndirib. Təhlükəsizliklə bağlı daimi təhdidlər artıq əhəmiyyətli həcmdə kapitalın geri çəkilməsinə səbəb olub. Yüksək geosiyasi qeyri-müəyyənlik səbəbindən Ukrayna beynəlxalq kapital bazarlarına çıxışı itirir”, - bəyanatda deyilir./report



Xəbər xətti