Rusiyanın işğaldan sonra öldürəcəyi ukraynalıların SİYAHIsı ələ keçdi: Kimlər var?

16:00 21 Fevral 2022

ABŞ Rusiya haqqında daha bir inanılmaz iddia irəli sürüb.

Bu barədə "The Washington Post”da məlumat yer alıb. Belə ki, Ağ Evin Birləşmiş Millətlər Təşkilatına məktub göndərdiyi üzə çıxıb. Məktubda Ağ Evin əlində Rusiyanın Ukraynanı işğal edəndən sonra "öldürüləcək və ya düşərgəyə göndəriləcək ukraynalıların siyahısı”nın olduğu qeyd edilib.

Medianın yaydığı məktuba əsasən, Birləşmiş Ştatlar BMT-yə bildirib ki, Moskvanın işğaldan sonrakı planına "işgəncələr, yoxa çıxmalar və xalqın iztirabları” kimi maddələr də daxildir. Məktubu imzalayan ABŞ-ın BMT-nin Cenevrədəki daimi nümayəndəsi Batşeba Kroker bəzi adların hədəfə alınaraq öldürülə biləcəyini deyib. Onun fikrincə, sözügedən "ölüm siyahısı"ndakı adlar Rusiyanın Ukraynadakı hücumuna qarşı çıxacağı ehtimal olunan şəxslərdir. Kroker vurğulayıb ki, Moskvanın hədəf almağı planlaşdırdığı adlar arasında Rusiya və Belarusdan Ukraynaya qaçan dissidentlər, jurnalistlər, antikorrupsiya fəalları, dini və etnik azlıqlar da yer alacaq.

Qəzet digər xəbərində, Putinin Ukraynaya hücuma başlamaq əmrinin hərbi komandirlərə çatdırıldığına dair kəşfiyyat məlumatının olduğunu da irəli sürüb.



Xəbər xətti