Müdafiə Nazirliyinin sabiq idarə rəisinin barəsində həbs qətimkan tədbiri seçilib

16:15 21 Fevral 2022

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib.

"SITAT.INFO"un xəbərinə görə, bu barədə qərar Bakı Hərbi Məhkəməsində elan edilib.

Belə ki, məhkəmə keçmiş idarə rəisinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.

Məlumatı "SITAT.INFO"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxllıb./report



Xəbər xətti