Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin sabah (fevralın 22-də) Moskvada Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəklər.
Rəsmi Kremlin yaydığı məlumatda qeyd olunur ki, İlham Əliyev və Vladimir Putin qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə də imza atacaqlar.
Tərəflər həmçinin siyasi, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafını müzakirə edəcək./oxu.az