"Uzunmüddətli perspektivdə Azərbaycan-Gürcüstan birgə universitenin yaradılması, ikili diplomların verilməsi məsələsi müzakirə olunur".
SITAT.INFO "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məsələlər texniki müzakirələr tələb edir, veriləcək qərarlar daha düzgün olmalıdır.
Nazir qeyd edib ki, Gürcüstana səfəri zamanı azərbaycandilli məktəblər üçün kadr hazırlığı məsələsinə xüsusi diqqət ayrılıb: "Hesab edirəm ki, bundan sonra iki ölkə arasında ali məktəblərin əməkdaşlığı ilə kadr hazırlığı prosesinə təkan veriləcək".
Qeyd edək ki, Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanda səfərdədir.