"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".
Bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev qonşu ölkədə azərbaycandilli məktələrin sayının ildən-ilə azalmasına münasibət bildirərkən deyib.
Nazirin sözlərinə görə, məktəblərin bağlanmasına valideynlərin seçimi, miqrasiya, təhsil ocaqlarının vəziyyəti, müəllimlərin sayı və digər amillər təsir edir:
"Nəzərə almaq lazımdır ki, Gürcüstanda məktəblərin ümumi sayı son illərdə azalıb. Bu optimallaşdırma və rasionallaşdırmanın nəticəsi də ola bilər. Hazırda ən vacib məsələ ondan ibarətdir ki, milli mənsubiyyətindən asılı olmayaraq uşaqların keyfiyyətli təhsilə cəlb olunması prioritet götürülməlidir. Gürcüstandakı azərbaycandilli məktəblərdə tədrisin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər görülməkdədir"./report