Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfərə gedib.
Kremlin yaydığı məlumata əsasən, İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşündə 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarının icrasını müzakirə edəcəklər.
Məlumatda ən çox diqqət çəkən məqam Əliyevlə Putinin qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə də imza atacağı anonsunun verilməsidir.
Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq regional və ikitərəfli münasibətlərə yeni nəfəs verilməsini zəruri edir.
Azərbaycanla Rusiya da bir çox sahədə əməkdaşlıq edir. Hələ 90-cı illərin Qarabağ müharibəsi zamanında Bakı ilə Moskva arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanmışdı.
Azərbaycan Rusiyadan silah tədarük edirdi və iqtisadi əməkdaşlığı gücləndirməyi hədəfləyən qarşılıqlı siyasət yürüdülürdü. Keçən müddət ərzində Azərbaycanla Rusiya arasındakı münasibətlər strateji tərəfdaşlıq müstəvisinə qədər gəlib çıxmışdı.
İndi isə bu münasibətləri yenidən nəzərdən keçirib onu daha da təkmilləşdirmək zərurəti meydana çıxır.
Yəni həmin tərəfdaşlıq konsepsiyası əsasında münasibətlərdə yeni sütunlar inşa olunacaq. Qısası tərəfdaşlıq güclənəcək.
Bunu Azərbaycanın Türkiyə ilə olduğu kimi Rusiya ilə də strateji tərəfdaşlığı kimi qiymətləndirmək olar.
Rusiya regionun və dünyanın aparıcı gücüdür, Azərbaycan isə Cənubi Qafqazın. Yeni reallıqda Azərbaycan siyasi addımlarını Moskva və Türkiyə ilə birgə maraqlar kontekstində atacaq.
İmzalanacaq sənədin fonunda Azərbaycanın regiondakı müttəfiqlərinin sayı ikiyə çatacaq./oxu.az