ATƏT Daimi Şurasının növbədənkənar iclası başlayıb

19:30 21 Fevral 2022

Ukraynanın təşəbbüsü ilə Vyana şəhərində ATƏT Daimi Şurasının növbədənkənar iclası başlayıb.

“SITAT.INFO” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ötən gün ATƏT-dəki Polşanın daimi nümayəndəsi Adam Halasinski Ukraynanın xahişi əsasında Polşanın ATƏT Daimi Nümayəndəliyi tərəfindən Daimi Şuranın növbədənkənar iclasını keçirəcəyini bildirmişdi. İclasa həmçinin ATƏT-in fəaliyyətdəki sədrinin Ukraynada və üçtərəfli təmas qrupundakı xüsusi nümayəndəsi Mikko Kinnuneni və ATƏT Xüsusi Monitorinq Missiyasının rəhbəri Xalid Çeviki də dəvət etdikləri diqqətə çatdırılıb./report



Xəbər xətti