Şentop: “Türkiyə Gürcüstanın NATO-ya üzv olmaq istəyini dəstəkləyir”

20:15 21 Fevral 2022

“Türkiyə Tbilisinin Avro-Atlantik kursunu və ölkənin NATO-ya üzv olmaq istəyini dəstəkləyir”. “Anadolu” xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Mustafa Şentop gürcüstanlı həmkarı Şalva Papuaşvili ilə danışıqlarda deyib.

O qeyd edib ki, Ankara bütün platformalarda Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyini bəyan edir və ölkəni “Türkiyə ilə heç bir problemi olmayan dost dövlət, strateji tərəfdaş və müttəfiq” adlandırıb.

Papuaşvili də öz növbəsində regional təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Ankaraya təşəkkür edib. "Çətin günlərdə bir-birinə dəstək olmaq çox vacibdir", - Gürcüstan parlamentinin spikeri vurğulayıb./musavat.com



Xəbər xətti