Azərbaycanda qiymət manipulyasiyasına nəzarət gücləndiriləcək

20:30 21 Fevral 2022

İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və digər müvafiq qurumlar ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat verəcək.

Bu, baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Eyni zamanda İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə minimum istehlak səbətinin tərkibində ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunmasına dair lazımi tədbirlər görsün.



Xəbər xətti