İyunda Laçının mərkəzi Azərbaycanın nəzarətinə keçəcək 

14:45 22 Fevral 2022

“Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu bu ilin iyun ayına qədər istifadəyə veriləcək”.

“SİTAT.İNFO” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə bildirib.

“Artıq 28 km-lik yolun 17 km-i çəkilib, Həkəri çayının üzərində bir körpü tikilib”, - deyə o, qeyd edib.

Qeyd edək ki, 10 noyabr razılaşmasına görə, iyun ayında Laçın şəhərinin mərkəzi də Azərbaycanın nəzarətinə keçəcək. 



Xəbər xətti