Ukraynada klub rəsmisinin maşını yandırılıb

14:24 22 Fevral 2022

Ukraynanın "Peremoqa" klubunun direktoru və vitse-prezidenti Elakis Sagirovun avtomobili yandırılıb.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki,  hadisə Dneprdə baş verib.

Faktla bağlı istintaq davam edir və artıq cinayət işi açılıb. Klub məsələyə dair hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

"Peremoqa"nın fəxri prezidenti Femis Sagirov hələlik nə isə deməyin çətin olduğunu bildirib: "Müxtəlif versiyalar üzərində iş gedir. O cümlədən, futbol, rəqabət və s.".

Qeyd edək ki, "Peremoqa" Ukraynanın II Liqasında mübarizə aparır.



Xəbər xətti