Ermənistanda polislə etirazçılar arasında əlbəyaxa dava düşüb

14:34 22 Fevral 2022

Azərbaycanlı deputatların Ermənistana səfərinə etiraz olaraq davam edən aksiyalar fonunda paytaxt İrəvanın mərkəzi küçələrində aksiya iştirakçıları ilə polis arasında əlbəyaxa dava düşüb.

"SİTAT.İNFO"  REport-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları etirazçıları təxribat törətməməyə çağırıblar.

"News.am" saytı yazır ki, aksiyaçılardan Manuel Manukyan azərbaycanlıların Ermənistana səfərini qəbuledilməz hesab etdiyini deyib. O, bunun demokratiya prinsiplərinə uyğun olmadığını bildirib.

Qeyd edək ki, iki azərbaycanlı deputat - Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdədirlər./report



Xəbər xətti