Tokayev Ukraynadakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının müşavirəsini keçirib

15:45 22 Fevral 2022

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının əməliyyat müşavirəsi keçirilib.

“SİTAT.İNFO” "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.  

Bildirilib ki, müşavirədə Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Qazaxıstanın gələcək sosial-iqtisadi inkişafına dair məsələlər müzakirə olunub. 

\Məlumata görə, müşavirədə Baş nazir Alixan Smailov, Milli Bankın sədri Qalımjan Pirmatov, Baş nazirin müavini və xarici işlər naziri Muxtar Tleuberdi, müdafiə naziri Ruslan Jaksılıkov və başqa rəhbər şəxslər məruzə ilə çıxış ediblər.  Kasım-Jomart Tokayev hərbi-siyasi və sanksiyalı münaqişə nəticəsində yaranacaq neqativ beynəlxalq vəziyyətin pisləşməsinə operativ reaksiya vermək məqsədilə təcili olaraq antiböhran planın hazırlanmasının vacibliyini vurğulayıb.  Qeyd edək ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.  Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.  Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.



Xəbər xətti