Vilayət Eyvazov toplantı keçirdi - FOTO

18:30 22 Fevral 2022

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib.

Bu barədə SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki,

Tədbirdə çıxış edən nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının uğurla davam etdiyini, ölkəmizdə mövcud olan sabitliyin, təhlükəsizlik şəraitinin, ümumən ictimai asayişin etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.

Nazir V.Eyvazov xidməti fəaliyyətdə əsas diqqəti vətəndaşların təhlükəsizliyinin daha etibarlı qorunmasına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının qətiyyətlə alınmasına, insan hüquq və azadlıqlarının qorunmasına, eyni zamanda şəxsi heyət arasında nizam-intizamın gücləndirilməsinə yönəltməyi tələb edib.

General-polkovnik V.Eyvazov xidməti funksiyaların səmərəli həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına hərtərəfli şəraitin yaradıldığını, şəxsi heyətin dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edərək əmin olduğunu bildirib ki, nazirliyin mühüm struktur qurumlarından olan Əlahiddə Çevik Polis Alayının şəxsi heyəti qanunla müəyyən edilən vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqdır.



Xəbər xətti