Britaniya Rusiyanın 5 bankına sanksiya tətbiq etdi -3 oliqarxın hesabları donduruldu

19:30 22 Fevral 2022

Bu gün Britaniya parlamentində çıxış edən baş nazir Boris Conson Rusiyanın beş bankına (“Rossiya”, “İS Bank”, “General Bank”, “Promsvyazbank” və “Qara Dəniz Bankı”) qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.

SİTAT.İNFO hazırda London Universitetində müəllim kimi çalışan iqtisadçı-alim Qubad İbadoğluna istinadən xəbər verir ki, Boris Conson rusiyalı sahibkarlardan Gennadi Timçenko, Boris və İqor Rotenberqin aktivlərinin dondurulacağını açıqlayıb:

"Onu da qeyd edim ki, Britaniyanın bu məsələdə önə çıxmasına baxmayaraq, ABŞ-dan daha ağır və sərt sanskiyalar gözlənilir. Əlavə onu da qeyd edək ki, dünya bazarında neftin, o sıradan da Rusiyanın xaricə ixrac etdiyi “Urals” markalı neftinin 1 barrelinin qiymətinin 100 dollara qədər artmasına baxmayaraq, rus rublu ABŞ dollarına nəzərən dəyər itirir və hazırda 80 rubl 1 dollara satılır və bu nisbət getdikcə böyüyəcək".



Xəbər xətti