Ana və övladlarını öldürən şəxs həbs edildi

19:18 22 Fevral 2022

Bakıda ana və azyaşlı uşaqlarını öldürməkdə təqsirləndirilən Əhəd Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində elan edilib.

Qeyd edilib ki, Nizami rayonu ərazisində Gülnar Qaraxanovanın və iki azyaşlı övladının qəsdən öldürülməsi faktı ilə bağlı zərərçəkmişin qohumu Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9, 120.2.11, 181.2.4, 181.2.5, 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Xəbər xətti