DİN: "Taksi fəaliyyəti ilə məşğul olan sürücülər karantin qaydalarına əməl etmirlər"

19:45 22 Fevral 2022

"Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər karantin qaydalarına əməl etmirlər".

SİTAT.İNFO reporta istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev bildirib.

O deyib ki, taksi sürücüləri avtomobillərini şəffaf hava keçirməyən arakəsmələrlə təchiz etməyirlər: "Eyni zamanda onlar nəqliyyat vasitələrinin ön hissəsində sərnişin əyləşdirirlər. Vətəndaşlar tərəfindən qayda pozuntuları isə ictimai nəqliyyatda tibbi maskadan düzgün istifadə edilməməsi ilə bağlıdır.”Qeyd edək ki, bu gün Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində COVID-19 infeksiyasının daha da geniş yayılmasının qarşısını almaq məqsədi ilə nəzarət profilaktiki tədbirlər keçirilib. Taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında karantin rejiminə uyğun olaraq profilaktiki söhbətlər aparılıb. Bu qaydalara etinadsız yanaşan şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.



Xəbər xətti